"Sabah" serbiyalı futbolçunun transferini açıqlayıb

"Sabah" serbiyalı futbolçunun transferini açıqlayıb

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, klub serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin "Sivasspor" klubu ilə razılıq əldə edib.

Anlaşmaya əsasən, futbolçu 1 il icarə əsasında "bayquşlar"ın uğurları üçün çalışacaq. 

Simiç karyerası ərzində "Sivasspor"la yanaşı, Serbiyanın "Srvena Zvezda" (2012-2013, 2018-2021), "Zemun" (2018), "Voyvodina" (2021-2023), İsveçrənin "Bazel" (2013-2017), "Şaffhauzen" (2016), "Kyasso" (2016-2017), "Vintertur" (2017), Sloveniyanın "Domjale" (2014-2015) və Kiprin "Omoniya" (2023-2025) klublarında çıxış edib. 

Velko Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub. O, "Sabah"da 21 nömrəli formada çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər