"Sabah" səfər matçına yarımcan çıxacaq - Dörd legioner oynamayacaq, biri isə...

"Sabah" səfər matçına yarımcan çıxacaq - Dörd legioner oynamayacaq, biri isə...

Misli Premyer Liqasının 13-cü turunda Qubada "İmişli"nin qonağı olacaq "Sabah" oyuna ciddi itkilərlə çıxacaq.

Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:

"Cəzalı oyunçu yoxdur. Zinəddin Uld Xaled, Boyan Letiç, Neqoş Kupusoviç, Pavol Şafrankonun zədə səbəbindən "İmişli" ilə oyunu buraxacaqları dəqiqdirsə, Akim Zedadkanın meydana çıxıb-çıxmayacağı qeyri-müəyyəndir".

Qeyd edək ki, "İmişli" - "Sabah" qarşılaşması noyabrın 29-da baş tutacaq. Matçın start fiti 14:30-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər