"Sabah" "Sumqayıt"la cavab matçına optimal heyətlə hazırlaşır - AÇIQLAMA

"Sabah" "Sumqayıt"la cavab matçına optimal heyətlə hazırlaşır - AÇIQLAMA

Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt" ilə qarşılaşan "Sabah" cavab oyununa demək olar, itkisiz çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:

"Cəzalı futbolçumuz yoxdur. Uzun müddətə sıradan çıxdığı öncədən bilinən Ayaz Quliyevi nəzərə almasaq, zədəli oyunçumuz da yoxdur. Bir sözlə, komanda Sumqayıtdakı oyuna optimal heyətlə hazırlaşır".

Qeyd edək ki, "Sumqayıt" - "Sabah" qarşılaşması fevralın 27-də keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq matçın start fiti saat 19:30-da səsləndiriləcək. Qeyd edək ki, rusiyalı mütəxəssis Vasili Berezutskinin baş məşqçisi olduğu Masazır komandası 1/4-in ilk oyununda "kimyaçılar"ın müqavimətini qıra bilməyib - 0:0.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər