"Sabah" - "Sumqayıt" oyunu hər iki komanda üçün əlamətdar olub

"Sabah" - "Sumqayıt" oyunu hər iki komanda üçün əlamətdar olub

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Sabah” oyunu hər iki komanda üçün əlamətdar olub.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıtdakı cavab görüşündə 4:0 hesablı zəfərə sevinən Masazır təmsilçisi kubokda özünün ən böyükhesablı səfər qələbəsini qazanıb.

Bunadək "bayquşlar"ın səfərdə ən böyük fərqlə qalib gəlməsi 2018/2019 mövsümünün “Ağsu” ilə görüşünə təsadüf etmişdi – 3:0.

“Sumqayıt” isə kubokda ən ağır ev məğlubiyyətini alıb. Bunadək iki dəfə 3 top fərqi ilə uduzan komanda 2015/2016 mövsümündə 1:4, bir il sonra 2:5 hesabına üzülüb. Hər iki matçda rəqib “Qarabağ” olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər