"Sabah" - "Orhus" oyununa neçə bilet satılıb? - SON DURUM

"Sabah" - "Orhus" oyununa neçə bilet satılıb? - SON DURUM

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Sabah” – "Orhus" oyununa bilet satışı davam edir. 

Azərbaycan çempionunun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, indiyədək artıq 6500-ə yaxın bilet satılıb.

Komandaya stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Xatırladaq ki, qarşılaşma avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək. Bakıdakı matçı Fransadan olan hakim Villi Delajod idarə edəcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər