"Sabah" - "Makkabi" oyununa bilet tükənir

"Sabah" - "Makkabi" oyununa bilet tükənir

"Sabah" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa biletlər tükənmək üzrədir.

Fanat.Az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Sözügedən qarşılaşma üçün satışa çıxarılmış 8000 biletdən 7500-ü satılıb.

Biletləri "iticket.az" saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, "Sabah" - "Makkabi" matçı bu gün saat 20:00-da başlayacaq. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər