"Sabah" - "Levski" matçına neçə bilet satılıb? - SON DURUM

"Sabah" - "Levski" matçına neçə bilet satılıb? - SON DURUM

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Levski"yə səfərdə 0:1 hesabı ilə məğlub olan "Sabah"ın Bolqarıstan təmsilçisi ilə avqustun 14-də keçiriləcək cavab matçına bilet satışı davam edir.

"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, bu saatadək 5500-dən çox bilet alınıb.

Qeyd edək ki, "Bank Respublika Arena"da baş tutacaq "Sabah" - "Levski" matçının start fiti saat 20:00-da səsləndiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər