"Sabah" "Kəpəz"lə oyuna ciddi itkilərlə çıxacaq - ADLAR

"Sabah" "Kəpəz"lə oyuna ciddi itkilərlə çıxacaq - ADLAR

Misli Premyer Liqasının (MPL) 31-ci turu çərçivəsində "Kəpəz"i qəbul edəcək "Sabah" oyuna ciddi itkilərlə çıxacaq.

Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:

 "Heyətdə üç cəzalı futbolçu var. Aleksey İsayev qırmızı, Rəhman Daşdəmirov ilə İvan Lepinitsa isə sarı vərəqə cəzalısıdır. Bundan başqa, zədəli Pavol Şafrankonun yenə oynamayacağı dəqiqdir. Timoteuş Puxaçın meydana çıxıb-çıxmayacağı isə bilinmir. Şamaxıda xəsarət alan və əvəzlənən futbolçu müayinə olunub. Zədəsi ciddi olmasa da,onun durumu ilə bağlı son qərar matç öncəsində veriləcək".

"Bank Respublika Arena"da 8 mayda baş tutacaq "Sabah" - "Kəpəz" oyununun start fiti 19:30-da səslənəcək. Hazırda 75 xalı olan Masazır komandası çempionluğunu ötən həftə rəsmiləşdirib, 14 xala malik bölgə təmsilçisi isə 12-ci - sonuncu sırada mövqe tutub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər