"Sabah" "Ferentsvaroş"la sülhə razılaşdı

"Sabah" "Ferentsvaroş"la sülhə razılaşdı

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama matçına çıxıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Xatırladaq ki, “Sabah” daha öncə hazırlıq prosesi çərçivəsində Rumıniyanın “Universitatya Krayova” klubu ilə də 1:1 hesablı heç-heçəyə razılaşıb.

Növbəti yoxlama matçı çərçivəsində “Sabah” iyulun 2-də Ukraynanın “Polesye” komandası ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər