"Sabah" qələbə qazandı, Azərbaycanın qazancı artdı - UEFA reytinqi

"Sabah" qələbə qazandı, Azərbaycanın qazancı artdı - UEFA reytinqi

UEFA ötən gün Çempionlar Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. 

Buna "Sabah"ın ÇL-in 2-ci təsnifat mərhələsinin cavab oyununda Finlandiya "KuPS"-unu səfərdə yenməsi (2:0) şərait yaradıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal 2.125-ə yüksəlib. Bunun 1.000 əmsalı "Sabah"ın, 0.625-ini "Qarabağ"ın, 0.500-ü isə "Zirə"nin payına düşür.  

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 20.687-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Bununla belə, ən yaxın izləyicimiz Skovakiya isə fərq artıb. "Spartak Trnava"nın mübarizəni dayandırması nəticəsində slovakiyalıların xal ehtiyatı 19,500-ə bərabər olub. Bir pillə öndə - 25-ci yerdə qərarlaşmış İsraili isə 21,500 xalı var.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər