"Sabah" qazancımızı artırdı, Azərbaycanın mövqeyi... - REYTİNQ

"Sabah" qazancımızı artırdı, Azərbaycanın mövqeyi... - REYTİNQ

Avrokubokların I təsnifat mərhələsinə yekun vurulub.

Fanat.Az-ın məlumatına görə, cavab görüşlərindən sonra ölkələrin UEFA reytinqi yenilənib.   Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. "Sabah" Avropa Liqasında mübarizəni dayandırsa da, səfərdə əldə olunan heç-heçə (3:3) buna imkan verib. Ölkəmizin hesabına 0.125 əmsal əlavə olunub. Bu, cari mövsümün ilk qazancı olub. Hazırda ölkəmizin əmsalı 17.250-ə bərabərdir.  Ancaq qitə sıralamasına 29-cu yerdə başlayan Azərbaycanın mövqeyi dəyişməz qalıb. 

 Azərbaycanın üst pillədəki qonşusu Ukraynanın hesabında 17.975, 30-cu yerdə olan Bolqarıstanın isə 16.500 xalı var.

 55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər