"Sabah" pley-off oyunu üçün stadion seçimini etdi

"Sabah" pley-off oyunu üçün stadion seçimini etdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel Beer-Şeva" komandası ilə qarşılaşacaq "Sabah"ın İsrail təmsilçisi ilə ev oyununu keçirəcəyi stadion müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "bayquşlar" rəqibini Tofiq Bəhramov adına stadionda qəbul edəcək.

Azərbaycan çempionunun ev oyununun başlama saatı da bəllidir. Tərəflər arasında Bakıdakı matç avqustun 25-də baş tutacaq və saat 20:45-də başlayacaq.

Qeyd edək ki, komandaların ilk görüşü avqustun 19-da Rumıniyanın Buxarest şəhərindəki "Giulesti" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər