"Sabah" oyunu ilə göstərdi ki, evdə "Orhus"a qalib gələ bilər"

"Sabah" oyunu ilə göstərdi ki, evdə "Orhus"a qalib gələ bilər"

Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Orhus"a məğlub olub - 1:2.  Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb "bayquşlar"ın Danimarkadakı məğlubiyyəti və Bakıdakı cavab matçı barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Danimarka çempionu "Sabah"ın bundan öncəki rəqiblərindən - TNS və "KuPS"dan daha səviyyəli komandadır. Düzdür, "Sabah" layiqli mübarizə apardı, səfərdə qol imkanları yaratdı və yekunda minimal hesablı məğlub oldu. Amma təmsilçimiz oyunu ilə göstərdi ki, evdə "Orhus"a qalib gələ bilər. Həm "Qarabağ"a, həm də "Sabah"a uğurlar arzulayıram. Ümid edirəm və inanıram ki, hər iki komanda azarkeşləri sevindirib növbəti mərhələyə çıxacaq".

Qeyd edək ki, "Sabah" - "Orhus" matçı avqustun 11-də keçiriləcək. Görüş 20:00-da start götürəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər