"Sabah" mübarizəyə başlayır, "Qarabağ" ilk xalını qazana biləcəkmi?

"Sabah" mübarizəyə başlayır, "Qarabağ" ilk xalını qazana biləcəkmi?

Bu gün UEFA Gənclər Liqasında növbəti oyunlar keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın iki təmsilçisi sınaq qarşısında olacaq.

Liqa mərhələsində mübarizə aparan "Qarabağ"ın U-19 komandası 3-cü tur çərçivəsində səfərdə "Atletik"lə qarşılaşacaq. 

Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək. Referi Qal Levi olacaq.

İlk iki turda xal qazana bilməyən, əksinə, böyük hesabla uduzan "Qarabağ" turnir cədvəlində 35-ci, hesabında 6 xal olan "Atletik" isə 6-cı yerdədir.

Qeyd edək ki, "Qarabağ" U-19 ilk matçında "Benfika"ya (1:7), 2-ci turda isə "Kopenhagen"ə (0:5) uduzub.

UEFA Gənclər Liqası Liqa mərhələsi, 3-cü tur 22 oktyabr

14:00. "Atletik Bilbao" (İspaniya) - "Qarabağ" (Azərbaycan) Hakimlər: Qal Levi, Haz Orpaz Xen, Zeev Vladimir Frenkel (hamısı İsrail), Con Andrade Del Olmo (İspaniya). Lezama. "Lezama Kampo 2".

Azərbaycanın turnirdəki digər təmsilçisi "Sabah" isə qitə yarışında mübarizəyə bu gün başlayacaq. “Bayquşlar”ın ölkə çempionu olan U-19 komandası turnirin 2-ci təsnifat mərhələsinin ilk matçında Fransada “Nant”ın qonağı olacaq. Oyun saat 19:00-da start götürəcək. 

Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.

UEFA Gənclər Liqası 2-ci təsnifat mərhələsi, ilk oyun 22 oktyabr

19.00. "Nant" (Fransa) - "Sabah" (Azərbaycan)  Hakimlər: İsmail Barbara, Luke Portelli, Duncan Spencer (hamısı Malta), Remi Landri (Fransa). Nant. "Marsel Saupin".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər