"Sabah" legioneri ilə yollarını ayırdı - RƏSMİ

"Sabah" legioneri ilə yollarını ayırdı - RƏSMİ

"Sabah" futbolçusu Neqoş Kupusoviçlə yolları ayırıb.

Fanat.Az xəbər verir ki, məlumatı Bakı klubunun mətbuat xidməti yayıb. 

Serbiyalı legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Kupusoviç 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, "bayquşlar"ın heyətində 29 oyun keçirib. 

"Sabah" bundan əvvəl Boyan Letiçlə vidalaşmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər