"Sabah" Çempionlar Liqasında mübarizəyə başlayır

"Sabah" Çempionlar Liqasında mübarizəyə başlayır

Basketbol üzrə Çempionlar Liqasının müntəxəm mövsümündə mübarizə start götürür.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" bu gün ilk oyununa çıxacaq.

B qrupunda yer alan ölkə çempionu startda Çexiyanın “Nimburk” komandası ilə səfərdə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu “Sabah” tarixində ilk dəfə yarışacağı ÇL-ə bu heyətlə yollanıb: Castin Tillman, Keyt Cordan, Həsəni Qravvet, Şirzad Şirzadov, Devid Nikols, Ceyms Eads, Endar Poladxanlı, Klavs Kavars, Kamran Məmmədov, Jan-Mark Pansa, Ramiz Quliyev, Hüseyn Məmmədov, Hüseyn Qaflanov, Andrey Qaflanoviç.

Qeyd edək ki, təmsilçimizin yer aldığı qrupun digər oyununda Almaniyanın "Alba" ilə Fransanın "Elan Şalon" komandaları üz-üzə gələcəklər. Görüş sabah keçiriləcək.

Çempionlar Liqası B qrupu 7 oktyabr

20:30. Nimburk (Çexiya) – Sabah (Azərbaycan) Praqa. "Kralovka Arena".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər