"Sabah" Böyük Britaniya təmsilçisinə məğlub olub

"Sabah" Böyük Britaniya təmsilçisinə məğlub olub

Litvada təlim-məşq toplanışında olan "Sabah" basketbol komandası növbəti yoxlama oyununda Böyük Britaniya təmsilçisi "London Lions"la üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, Kaunas şəhərində keçirilən matç rəqibin 86:82 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah" ilk yoxlama oyununda Litvanın "Juventus Utena" komandasına məğlub olub - 84:89. Paytaxt klubu ikinci görüşdə bu ölkənin "Şyaulyay" kollektivinə qalib gəlib - 92:80.

Xatırladaq ki, Azərbaycan təmsilçisi yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər