"Sabah" braziliyalı futbolçu ilə gücləndi

"Sabah" braziliyalı futbolçu ilə gücləndi

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.

26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Almeyda Portuqaliyanın "Maritimu" klubundan transfer edilib.

Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın "Novorizontino" (2020-2023), "Katanduva" (2021), "Votuporanguense" (2022), Portuqaliyanın "Eştrela Amadora" (2022-2023) və "Maritimu" (2024-2026) komandalarında oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər