"Sabahın Ulduzları": Yarımfinalçılar bəlli oldu - FOTOLAR/NƏTİCƏLƏR

"Sabahın Ulduzları": Yarımfinalçılar bəlli oldu - FOTOLAR/NƏTİCƏLƏR

“Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarış davam edir.

Fanat.Az xəbər verir ki, U-14 yaş qrupunda 11-ci tura, başqa sözlə, ilkin mərhələyə yekun vurulub.

Son turda "Qəbələ" ilə qarşılaşan "Qarabağ" böyükhesablı qələbə ilə zirvədəki yerini qoruyub. Şərikli lider "Sabah" da ilkin mərhələni qalib başa vurub. "Bayquşlar"ın "Azərbaycan Qartalları"nı yenməsi "Ulduz"un işinə yarayıb. Sözügedən komanda "Dostluq" üzərində böyükhesablı qələbə sayəsində 4-cü yeri ələ keçirib və beləliklə, növbəti mərhələdə iştirak hüququ qazanıb. 

 Qeyd edək ki, “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışın Əsasnaməsinə uyğun olaraq ilkin mərhələnin yekun cədvəlində ilk dörd pilləni tutmuş “Qarabağ”, “Sabah”, “Neftçi” və “Ulduz“ komandaları yarımfinala vəsiqə qazanıblar. 

Sabahın Ulduzları U-14, 11-ci tur 13 sentyabr

“Qarabağ” – “Qəbələ” 7:1 Qollar: Əli Əzimzadə, 13, 79, 80. İkram Əmirli, 18. Xəlil Quluzadə, 31. David Pavlov, 38. Heydər Mustafayev, 80+1 - Musa İsmayılov, 3.

“Dostluq” – “Ulduz” 0:9 Qollar: Hünər Səmədli, 24, 31, 38, 40+1, 47. Hüseyn Süleymanlı, 29. Uğur Hüseynli, 52. Said Statema, 54, 76.

“Sabah” – “Azərbaycan Qartalları” 2:1 Qollar: Cavid Tayibov, 40+1. Rəsul Məmmədzadə, 80+1 - Emir Əmirxanov, 4.

"Sabahın Ulduzları": Yarımfinalçılar bəlli oldu - FOTOLAR/NƏTİCƏLƏR

Bu gün - sentyabrın 14-də U-15 Liqasında 11-ci tura start veriləcək: 

U-15, 11-ci tur

Qəbələ – EFA Zirə – Marafon Sabah – Dinamo

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər