"Sabahın Ulduzları": U-15 yaş qrupunda finalçılar müəyyənləşdi

"Sabahın Ulduzları": U-15 yaş qrupunda finalçılar müəyyənləşdi

“Sabahın Ulduzları” Bakı Kubokunda U-15 liqasının yarımfinal oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, günün ilk matçında “Ulduz” “Qarabağ”a minimal hesabla qalib gəlib.

Digər yarımfinal matçında isə “Neftçi” və EFA-dan üstün olub.

Beləliklə, “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışların hər iki yaş qrupunda finalçılar məlum olub. U-14 yaş qrupunun final oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcək, “Ulduz” və “Neftçi”nin görüşündə bürünc medalların sahibi müəyyənləşəcək. U-15 yaş qrupunda isə final oyunu “Neftçi” və ”Ulduz” komandalarının arasında olacaq. 3-cü mükafat uğrunda EFA və ”Qarabağ” mübarizə aparacaq. Final oyunun tarixi hələlik dəqiqləşməyib.

Sabahın Ulduzları U-15, yarımfinal 20 sentyabr

"Ulduz" – "Qarabağ" 1:0 Qol: N.Bəylərli, 12.

"Neftçi" – EFA - 4:2 Qollar: H.Əliyev, 27, S. Orucov, 55, Q. Babayev, 60-pen, 63 – T. Zahidov, 20, 66.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər