"Sabahın Ulduzları": U-15 yaş qrupunda 5-ci tura start verildi, bir oyun yarımçıq qaldı

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 5-ci tura start verildi, bir oyun yarımçıq qaldı

“Sabahın Ulduzları" Bakı Kuboku çərçivəsində U-15 yaş qrupunda 5-ci tur start götürüb. 

Fanat.Az xəbər verir ki, turun ilk günündə keçirilməli olan 3 oyundan biri yarımçıq qalıb. 

“Zəngəzur” -  “Qəbələ” oyunu birincilərin 22-ci dəqiqədə hakimin qərarına etiraz olaraq meydanı tərk etməsi səbəbindən sona çatmayıb. 

Digər görüşlərə gəlincə, EFA "Sumqayıt"ı üstələyib, "Qarabağ" isə "Sabah"ı böyük hesabla məğlub edib:

Sabahın Ulduzları  U-15, 5-ci tur 17 avqust

“Sumqayıt” – EFA 1:4 Qollar: Əli Bağırzadə, 80+2 - Hüseyn Novruzlu, 7. Emil Səfərli, 18. Şahin Qasımzadə, 26. Elçin Məmmədli, 67.

“Qarabağ” – “Sabah” 5:2 Qollar: Abbas Məmmədli, 7. Fərid Yarəliyev, 51. Ramil Əmirquliyev, 53. Yəhya Timuçin, 56, 63 - Hüseyn Musayev, 25. Rüfət Həsənov, 60.

Qeyd edək ki, U-15 yaş qrupunda 5-ci tura bu gün yekun vurulacaq:

16:00. Rekord – Marafon 18:30. Ulduz – Zirə 20:45. Neftçi - Dinamo 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər