"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura start verildi - Fotolar/nəticələr

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura start verildi - Fotolar/nəticələr

“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda 4-cü tura start götürüb. 

Fanat.Az turun ilk günündə 3 oyun keçirilib.

Bir vaxtlar akademiyası ilə öyünən "Qəbələ" "Ulduz"a böyük hesabla uduzub. "Neftçi" isə EFA-nı minimal hesabla üstələyib. Beş qolun qeydə alındığı "Zirə" - "Sumqayıt" qarşılaşmasında isə sevinən tərəf "qartallar" olub.

U-15  4-cü tur 13 avqust

“Qəbələ” - “Ulduz” 0:6 Qollar: Asif Allahverdizadə, 31. Müşfiq Zamanov, 45. Yusif Əlizadə, 54, 61. Yusif Kərimli, 57. Rəsul Qurbanlı, 80+1.

EFA – “Neftçi” 1:2   Qollar: Hüseyn Novruzlu, 27-pen. - Sultan Orucov, 8-pen. Əkbər Nağıyev, 20-pen.

“Zirə” – “Sumqayıt” 3:2 Qollar: Əli Hüseynov, 33, 53. Məhəmməd Hüseynli, 34 - Elcan Quliyev, 66. Abdulla Tahirli, 80+3.

Bu gün müvafiq yaş qrupunda tura yekun vurulacaq:

U-15, IV tur 14 avqust 

“Marafon” – “Dinamo” “Sabah” – “Zəngəzur” “Rekord” – “Qarabağ”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər