"Sabahın Ulduzları": Şərikli liderlərdən heç biri büdrəmədi - Fotolar/Nəticələr

"Sabahın Ulduzları": Şərikli liderlərdən heç biri büdrəmədi - Fotolar/Nəticələr

“Sabahın Ulduzları” Bakı kuboku uğrunda yarışın qrup mərhələsi sona yaxınlaşır.

Fanat.Az xəbər verir ki, bu gün U-14 yaş qrupunda sonuncudan əvvəlki - 10-cu tur start götürüb. 

Turun ilk oyun günündə 3 matç baş tutub. "Sabah" "Ulduz"u minimal hesabla üstələyərək "Qarabağ"la şərikli liderliyini davam etdirib. Ağdam təmsilçisi öz növbəsində "Vətən"ə xal verməyib. Beləliklə, hər iki komanda 28 xalla 1-2-ci yerləri bölüşürlər.  Turun daha bir görüşündə isə məhsuldar heç-heçə qeydə alınıb. "Qəbələ" ilə "Dostluq" hərəyə 4 qol vurub 1 xalla kifayətləniblər.   Sabahın Ulduzları 10-cu tur 8 sentyabr

“Ulduz ” – “Sabah” 1:2 Qollar: Uğur Hüseynli, 18 - Əkrəm Rəhimov, 34. Timur Hacıyev, 61.

“Qəbələ” – “Dostluq” 4:4 Qollar: Adil Məmmədov, 25. Mehdi Cabbarlı, 56-pen. İsmayıl Bəşirzadə, 68. Musa İsmayılov, 72 - Yusif Qasımlı, 11-pen. Nuri Əbülfəz, 53. Cavid Səfərov, 67. Toğrul Mahmudzadə, 75-pen.

“Qarabağ” – “Vətən” 3:1 Qollar: Yusif Hacızadə, 17. Ayxan Babazadə, 40+1-pen. Ceyms Eziyaşi, 75 - Əli Əlisoy, 62.

Bu gün - sentyabrın 9-da daha 3 oyun keçiriləcək: 

U-14, 10-cu tur 9 sentyabr

Sumqayıt – Zirə Azərbaycan Qartalları – EFA Neftçi – Xan

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər