"Sabahın Ulduzları": "Zirə" "Qarabağ"la bacarmadı - Fotolar/Nəticələr

"Sabahın Ulduzları": "Zirə" "Qarabağ"la bacarmadı - Fotolar/Nəticələr

“Sabahın Ulduzları” Bakı Kubokunun U-14 yaş qrupunda 6-cı tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 3 matç baş tutub.

"Sumqayıt"ın müvafiq yş qrupundan ibarət komandası "Azərbaycan Qartalları"na böyük hesabla uduzub. “Dostluq” – EFA görüşündən ikincilər qalib ayrılıblar. "Qarabağ" isə "Zirə" üzərində inamlı qələbə qazanıb.

Sabahın Ulduzları U-14, 6-cı tur 23 avqust

“Azərbaycan Qartalları” – “Sumqayıt” 4:0 Qollar: Mühəmməd İsmayılzadə, 24, 30. Emir Əmirxanov, 40+1, 80.

“Dostluq” – EFA 1:3 Qollar: İslam Mehtizadə, 11 - Bəybala Məmmədov, 29, 62, 80+2.

“Qarabağ” – “Zirə” - 3:0 Qollar: Tunar Məmmədov, 36. Ceyms Eziaşi, 43-pen. Heydər Mustafayev, 50.

Turun qalan üç oyunu bu gün, avqustun 24-də keçiriləcək:

U-14, 6-cı tur 24 avqust

“Qəbələ” – “Xan” “Ulduz” – “Neftçi” “Sabah” – “Vətən”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər