"Sabahın Ulduzları": "Zirə" böyük hesabla uduzdu, "Neftçi" "qol yağdırdı" - Fotolar/Nəticələr

"Sabahın Ulduzları": "Zirə" böyük hesabla uduzdu, "Neftçi" "qol yağdırdı" - Fotolar/Nəticələr

“Sabahın Ulduzları”nda Bakı Kuboku davam edir. 

Fanat.Az xəbər verir ki, turnirin on səkkizincü günündə U-15 yaş qrupunda 5-ci tura yekun vurulub.

Turun son oyunları məhsuldar alınıb. Belə ki, çərşənbə axşamı keçirilən 3 oyunda qapılara 19 qol vurulub. 

"Rekord" "Marafon"u çətinliklə yenməyi bacarıbsa, "Ulduz" "Zİrə"yə, "Neftçi" isə "Dinamo"ya heç bir şans verməyib.

U-15 5-ci tur 18 avqust

“Rekord” – “Marafon” 3:2 Qollar: Ümid Vahidli, 7. Aslan Əsgərov, 22. Nazim Eminov, 56 - Davud Kələntərli, 28-pen, 80+2.

“Ulduz” – “Zirə” 5:0 Qollar: Yusif Əlizadə, 9, 48, 55. Asif Allahverdizadə, 34, 46. 

“Neftçi” -  “Dinamo” 8:1  Qollar: Sultan Orucov, 4. İlham Qubadov, 11, 14, 80+1. Cəlal Quliyev, 33. Murad Hacıyev, 65, 67. Sübhan Həziyev, 78 - Rəsul Əlicanlı, 58.

"Sabahın Ulduzları": "Zirə" böyük hesabla uduzdu, "Neftçi" "qol yağdırdı" - Fotolar/Nəticələr

Bu gün U-14 yaş qrupunda 5-ci tur start götürəcək:

U-14, V tur 19 avqust

“Sumqayıt” – “Ulduz” “Zirə” – “Dostluq” “Neftçi” - “Qəbələ”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər