"Sabahın Ulduzları": "Qəbələ" böyük hesabla uduzdu, "Qarabağ" inamlı qələbə qazandı

"Sabahın Ulduzları": "Qəbələ" böyük hesabla uduzdu, "Qarabağ" inamlı qələbə qazandı

“Sabahın Ulduzları” Bakı Kubokunda I tur davam edir. 

Fanat.Az xəbər verir ki, turun üçüncü günündə U-14 yaş qrupunda 3 oyun baş tutub.

"Vətən" futbol məktəbinin komandası "Qəbələ"yə böyük hesabla qalib gəlib. "Qarabağ" isə "Ulduz" futbol akademiyasından üstün olub. "Azərbaycan Qartalları" - "Dostluq" matçında da böyükhesablı nəticə qeydə alınıb.

Qeyd edək ki, yarışda U-15 yaş qrupu üzrə “Zəngəzur”, “Marafon”, “Qarabağ”, “Ulduz”, “Şəfa”, “Sumqayıt”, “Sabah”, “Neftçi”, “Qəbələ”, “Dinamo”, “Zirə” və EFA, U-14 yaş qrupu üzrə isə “Qəbələ”, “Vətən”, “Ulduz”, “Qarabağ”, “Azərbaycan Qartalları”, “Dostluq”, “Sumqayıt”, “Sabah”, “Neftçi”, EFA, “Xan” və “Zirə” komandaları mübarizə aparır. Sentyabrın ortalarınadək hər iki yaş qrupunda  birdövrəli sistemlə 11 tur oynanılacaq. İlk 4 yeri tutan komanda yarımfinala çıxacaq. Sentyabrın sonunadək yarımfinal və final mərhələsi olacaq. 

Sabahın Ulduzları U-14 3 avqust  1-ci tur

Vətən - Qəbələ  5:1 Ulduz FA - Qarabağ 2:4 Azərbaycan Qartalları - Dostluq 3:0

U-14 yaş qrupunda 1-ci tura bu gün yekun vurulacaq: 

4 avqust

16:00. “Sumqayıt” – “Sabah”  18:00. “Neftçi” – EFA 20:00. “Xan” FK – “Zirə” 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər