"Sabahın Ulduzları": "Qarabağ" zirvəyə şərik oldu, "Zirə" "Sabah"ı üstələdi - FOTOLAR

"Sabahın Ulduzları": "Qarabağ" zirvəyə şərik oldu, "Zirə" "Sabah"ı üstələdi - FOTOLAR

“Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarış davam edir. 

Fanat.Az xəbər verir ki, U-15 yaş qrupunda 9-cu tur start götürüb. 

"Qarabağ" "Dinamo" üzərində böyükhesablı qələbə qazanıb. Beləliklə, xallarını 22-yə çatdıran ağdamlılar "Neftçi" ilə şərikli liderliyə yiyələniblər.

"Sabah" isə "Zirə" ilə bacarmayıb. "Qartallar" üç topluq fərqlə qalib gələrək turnir cədvəlində məhz "bayquşlar"ı geridə qoyaraq 4-cü yerə yüksəlib. "Sabah" isə, günün son oyununda EFA-nın "Rekord"u yenməsi nəticəsində 6-cı pilləyə yuvarlanıb.

Sabahın Ulduzları U-15, 9-cu tur 6 sentyabr 

“Qarabağ” – “Dinamo” 4:0 Qollar: Ömər Əliyev, 40+1. Raul Hüseynli, 53. Məhərrəm Musazadə, 71. Altay Haqverdiyev, 80+2.

“Sabah” - “Zirə” 1:4 Qollar: Əli Hüseynli, 39 - Əli Hüseynov, 21, 48. Riyad Bakerov, 29. Amin Qasımov, 65.

“Rekord” – EFA 0:4 Qollar: Tural Zahidov, 10. Şahin Qasımzadə, 23, 76. Ömər Osmanlı, 80+4.

Bu gün 9-cu tura yekun vurulacaq: 

U-15, 9-cu tur

“Qəbələ” - “Marafon” “Zəngəzur” – “Neftçi” “Ulduz ” – “Sumqayıt”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər