"Sabahın Ulduzları": "Qarabağ" ilk məğlubiyyətini aldı, zirvədən endi - Fotolar/Nəticələr

"Sabahın Ulduzları": "Qarabağ" ilk məğlubiyyətini aldı, zirvədən endi - Fotolar/Nəticələr

“Sabahın Ulduzları" Bakı Kuboku davam edir. 

Fanat.Az xəbər verir ki, turnirin U-15 yaş qrupunda 8-ci tura yekun vurulub. 

Turun ikinci günündə 3 matç baş tutub. Yeddi turdan sonra lider mövqeyində qərarlaşan "Qarabağ" ilk məğlubiyyətini yaşayaraq zirvədən enib. Ağdam təmsilçisi EFA ilə bacarmayıb.

"Sumqayıt" autsayder "Marafon"u çətinlik çəkmədən məğlub edib. Nəhayət, "Qəbələ" ilə üz-üzə gələn "Sabah" böyükhesablı qələbəyə sevinib.     Sabahın Ulduzları U-15, 8-ci tur 3 sentyabr 

EFA – “Qarabağ” 3:2 Qollar: Tural Zahidov, 13. Şahin Qasımzadə, 28, 77. Yəhya Timuçin, 49. Fərid Yarəliyev, 78.

“Marafon” – “Sumqayıt”  1:5 Qollar: Davud Kələntərli, 63 - Muhamməd Tapdıqlı, 22, 77. Elcan Quliyev, 33, 80. Fariz Məmmədli, 46.

“Qəbələ” – “Sabah”  0:3 Qollar: Yusif Ağayev, 4. Rüfət Həsənov, 68. Artyom Solovyov, 80.

"Sabahın Ulduzları": "Qarabağ" ilk məğlubiyyətini aldı, zirvədən endi - Fotolar/Nəticələr

"Sabahın ulduzları"nda bu gün U-14 yaş qrupu çərçivəsində 9-cu tur start götürəcək:

U-14, 9-cu tur 4 sentyabr

 “Xan” – “Sumqayıt”  EFA – “Ulduz” “Zirə” – “Azərbaycan Qartalları”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər