“Sabahın ulduzları" Bakı kubokunda 9-cu tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, U-15 yaş qrupunda turun son oyun günündə 3 matç baş tutub.
"Qəbələ" "Marafon"u üstələyib. "Neftçi" "Zəngəzur"u meydana çıxmağına peşman edib. 12 qolun vurulduğu görüşdən darmadağınla ayrılan "ağ-qaralar" vahid liderliyə yiyələnib. Paytaxt təmsilçisinin heyətində İlham Qubadov poker müəllifi olub. Turun son oyununda isə "Sumqayıt" "Ulduz"la bacarmayıb.
Sabahın ulduzları U-15, 9-cu tur 7 sentyabr
“Qəbələ” - “Marafon” 3:1 Qollar: Elvin Şükürov, 42. Cavid Allahverdi, 62,78 - Xan Əliyev, 33.
“Zəngəzur” – “Neftçi” 1:11 Qollar: Yusif Ağayev, 21 - İlham Qubadov, 13, 63, 68-pen., 77-pen., 80. Ədalət Hüseynli, 19. Sultan Orucov, 40+1, 61. Onur Əmirzadə, 50. Qərib Qürbətzadə, 72. İbrahim Məmmədov, 75-öz qapısına.
“Ulduz” – “Sumqayıt” 3:0 Qollar: Mövlud Qasımzadə, 17. Zakir Rəhimli, 35-öz qapısına - Mirələkbər Cavadzadə, 75.

Bu gün 14 yaşlıların yarışında 10-cu tur start götürəcək:
U-14, 10-cu tur 8 sentyabr
Ulduz – Sabah Qəbələ – Dostluq Qarabağ – Vətən