"Sabahın Ulduzları": "Neftçi" "Qarabağ"ı udub liderliyini möhkəmləndirdi, 2 görüşdə "qol yağdı"

"Sabahın Ulduzları": "Neftçi" "Qarabağ"ı udub liderliyini möhkəmləndirdi, 2 görüşdə "qol yağdı"

“Sabahın Ulduzları" Bakı kuboku uğrunda yarış davam edir.

Fanat.Az xəbər verir ki, turnirin 11-ci günündə U-15 yaş qrupunda 10-cu tur start götürüb. 

Tur lider "Neftçi" ilə ən yaxın izləyicisi, cəmi üç xal geri qalan "Qarabağ"ın dueli ilə başlayıb. Prinsipial matçın taleyini 1 qol həll edib. "Ağ-qaralar"ın əsas qol silahı İlham Qubadov matça əlavə olunmuş dəqiqələrdə komandasına qələbə qazandıran qolun müəllifi olub. Beləliklə, "Neftçi" zirvədə mövqeyini möhkəmləndirib. Liderin ən yaxın izləyicisi statusunu isə "Marafon"u darmadağın edən "Ulduz" ələ keçirib. Günün daha bir görüşündə isə "Sumqayıt" "Zəngəzur"u top atəşinə tutub.  

Sabahın Ulduzları U-15, 10-cu tur 10 sentyabr 

“Neftçi”- “Qarabağ” 1:0 Qol: İlham Qubadov, 80+1.

“Sumqayıt” – “Zəngəzur” 9:0 Qollar: Fariz Məmmədli, 6, 34. Elcan Quluyev, 10, 68. Tunar Şirinli, 44, 52, 61. Arif Həsənli, 64-öz qapısına. Məhəmməd Həmidli, 78.

“Marafon” – “Ulduz” 0:6 Qollar: Ayxan Rüstəmli, 35, 37. Yusif Əlizadə, 46. Rəsul Qurbanlı, 53. İbrahim Kazımlı, 59-öz qapısına. Mövlud Qasımzadə, 79.

Tura bu gün - sentyabrın 11-də keçiriləcək 3 oyunla yekun vurulacaq:

U-15, 10-cu tur

Dinamo - Rekord EFA - Sabah Marafon – Ulduz

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər