"Sabahın Ulduzları": "Neftçi" əsas rəqibini yenib liderliyini qorudu - FOTOLAR

"Sabahın Ulduzları": "Neftçi" əsas rəqibini yenib liderliyini qorudu - FOTOLAR

“Sabahın Ulduzları" Bakı Kuboku davam edir. 

Fanat.Az xəbər verir ki, turnirdə U-15 yaş qrupunda 8-ci tur start götürüb. 

Turun ilk günündə 2 oyun keçirilib. 

"Neftçi" əsas rəqiblərindən sayılan, cəmi 1 xal geridə olan "Ulduz"u minimal hesabla üstələyərək liderliyini qoruyub.

"Zirə" isə "Rekord"u inamlı hesabla məğlub edib və ilk "üçlüy"ə yaxınlaşıb.   Sabahın Ulduzları U-15, 8-ci tur 2 sentyabr 

“Zirə” – “Rekord” 2:0 Qollar: Əli Hüseynov, 45, 68.

“Neftçi” – “Ulduz” 2:1 Qollar: Kənan Əzimov, 16. Ədalət Hüseynli, 26 - Yusif Əlizadə, 48-pen.

Bu gün U-15-lərin yarışında 8-ci tura yekun vurulacaq:

U-15 / 8-ci tur

 EFA  – “Qarabağ” “Marafon” – “Sumqayıt” “Qəbələ” – “Sabah”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər