"Sabahın Ulduzları": 3 oyunda 21 qol vuruldu

"Sabahın Ulduzları": 3 oyunda 21 qol vuruldu

“Sabahın Ulduzları” Bakı Kubokunda 2-ci turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, turun ikinci günündə U-15 yaş qrupunda daha 3 qarşılaşma baş tutub.

"Sabah" Sumqayıt”ı, “Ulduz” “Rekord”u, “Qarabağ” isə “Zəngəzur”u çətinlik çəkmədən yenib. Ümumilikdə 3 oyunda qapılara 21 qol vurulub:

“Sabah” - “Sumqayıt” 4:1 “Rekord” – “Ulduz” 0:7 “Qarabağ” - “Zəngəzur” 9:0

Bu gün isə U-14 yaş qrupunda 2-ci tura start veriləcək:

7 avqust

16:00. EFA – “Xan” 18:30. “Zirə” – “Vətən” 20:45. “Sabah” – “Neftçi”

Qeyd edək ki, yarışda U-15 yaş qrupu üzrə “Zəngəzur”, “Marafon”, “Qarabağ”, “Ulduz”, “Şəfa”, “Sumqayıt”, “Sabah”, “Neftçi”, “Qəbələ”, “Dinamo”, “Zirə” və EFA, U-14 yaş qrupu üzrə isə “Qəbələ”, “Vətən”, “Ulduz”, “Qarabağ”, “Azərbaycan Qartalları”, “Dostluq”, “Sumqayıt”, “Sabah”, “Neftçi”, EFA, “Xan” və “Zirə” komandaları mübarizə aparır. Sentyabrın ortalarınadək hər iki yaş qrupunda  birdövrəli sistemlə 11 tur oynanılacaq. İlk 4 yeri tutan komanda yarımfinala çıxacaq. Sentyabrın sonunadək yarımfinal və final mərhələsi olacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər