“Azərbaycan meydanda azlıqda qalanda hamı başa düşdü ki, Braziliyaya yollanacağıq. FİFA-nın son reytinq sıralamasında 107 –ci olan komanda azlıqda qalmışdı və 1 top fərqi ilə öndə idik. Geri çəkilib müdafiə olunurduq. Qorunurduq, qoruyurduq... Nəyi qoruyurduq? Bakirəliyimizi?”
Fanat.az xəbər verir ki, bu fikri “Sport-Ekspress”dəki bloqunda Yevgeni Dziçkovski qələmə alıb. Rus həmkarımız Fabio Kapellonun komandasının futbolun əsas qanunlarından birinə dönük çıxdığını iddia edib: “Hücum edib ikinci topu vursaydıq, qələbəyə şübhə yeri qalmayacaqdı. Ancaq konsentrasiya itdi və bərabərliklə kifayətlənməli olduq. Rusiyanın hesabda geri düşdüyü oyunları uduzduğunu, son dəqiqələrdə qəribə qollar buraxdığını az görməmişik. Bakıda da belə oldu.Rəqibi sıxmırsansa, futbolun “udmaq lazımdısa, ud” qanunu pozursan. Azərbaycanı lazımınca sıxmağı bacarmadıq. Niyə? Çünki millidə “killer instinkti” çatmır... Elə problem də bundadı. Qısa müddətdə haqqında danışdığımız çatışmazlıq qaydaya salınmasa, Braziliyada başqalarının qeyd etdiyi bayramlara baxıb köks ötürəcəyik”.
Fanat.az