"Rubin" "Qəbələ"nin futbolçusunu istəyir

"Rubin" "Qəbələ"nin futbolçusunu istəyir
"Rubin" "Qəbələ"nin futbolçusuna elçi düşüb. Fanat.az xəbər verir ki, Kazan təmsilçisi Azərbaycan kulubunda icarə əsasında çıxış edən Marat İzmayılovu istəyir.
Rusiyalı futbolçu "Qəbələ"də çıxış etsə də, müqavilə ilə Portuqaliyanın "Portu" klubuna məxsusdu. "Rubin" Maratla yanaşı, “Dinamo”dan Artur Yusifov, “Spartak”dan Diniyar Bilyaletdinov və “Tom”dan Rinat Sabitovu da heyətinə qatmaq istəyir.
Qeyd edək ki, qışda "Qəbələ"yə gələn İzmayılov ölkəmizdə 16 oyun keçirib və 1 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər