"Roma" özbək hücumçunu MLS klubuna satır

"Roma" özbək hücumçunu MLS klubuna satır

"Roma"nın mərkəz hücumçusu Eldor Şamurodov karyerasını MLS liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Özbəkistan millisinin forvardının xidmətində "Atlanta Yunayted" maraqlıdır.  Mənbə ABŞ klubunun "Roma"ya təklif göndərdiyini və keçidin reallaşmaq ehtimalının az olmadığını vurğulayıb.

"Atlanta Yunayted" bu yay digər İtaliya təmsilçisi "Atalanta"dan rus yarımmüdafiəçi Aleksey Mirançuku alıb.

Xatırladaq ki, Şamurodov ötən mövsüm icarə əsasında "Kalyari"də çıxış edib. 24 matçda meydana çıxan ön xətt oyunçusu 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "canavarlar"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər