"Roma" Salemakersə görə Abrahamdan da keçməyə hazırdır, ondan da

"Roma" Salemakersə görə Abrahamdan da keçməyə hazırdır, ondan da

"Roma" icarə əsasında formasını geyinən 25 yaşlı cinah hücumçusunu - müqavilə ilə "Milan"a məxsus Aleksis Salemakersi sıralarına cəlb etmək istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Football Italia" yayıb.

Xəbərə görə, Roma təmsilçisi iki futbolçusundan birini Salemakerslə dəyişməyə hazırdır. Bunlar cari mövsümün sonunadək "Milan" tərəfindən icarəyə götürülən hücumçu Temmi Abraham və dayaq yarımmüdafiəçisi Brian Kristantedir.

Qeyd edək ki, Salemakers bu mövsüm bütün turnirlərdə 12 matça çıxaraq 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı-qaralar"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı ön xətt oyunçusunun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər