"Roma" futbolçusu Kuadio Kone üçün "İnter"in göndərdiyi təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "canavarlar" 24 yaşlı yarımmüdafiəçini satmaq niyyətində olmadıqlarını bildiriblər.
Qeyd edək ki, Kone 2024-cü ildən "Roma"da çıxış edir.
Nihat