"Roma" milli üzvü ilə anlaşdı

"Roma" milli üzvü ilə anlaşdı

"Roma" Avstriya millisinin və "Lens" klubunun müdafiəçisi Kevin Dansonla müqavilə bağlamağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, bu barədə "Sky Italia" məlumat yayıb. 

Mənbənin məlumatına görə, paytaxt klubu onun keçidini transfer pəncərəsi bağlanana qədər yekunlaşdırmağa çalışır. 

"Roma" klubu 25 yaşlı oyunçunu sonradan 25 milyon avroya satınalma öhdəliyi ilə icarəyə götürəcək.

Danson ötən mövsüm "Lens"in heyətində bütün yarışlarda 38 oyun keçirib və 1 qol vurub. Müdafiəçi Avstriya millisinin heyətində AÇ-2024-də üç oyunda iştirak edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər