"Roma" matçından sonra "Fənərbağça"da şok ayrılıq

"Roma" matçından sonra "Fənərbağça"da şok ayrılıq

"Fənərbağça"nın baş məşqçisi İsmail Kartal "Roma" ilə 1:1 hesablı bərabərliklə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında vəzifəsindən ayrıldığını bəyan edib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis gözlənilməz qərarını media mənsubları qarşısında açıqlayıb.

İsmail Kartal vida çıxışında "Yol yaxınkən vəzifəmdən istefa verdim, bir daha geri dönməmək şərtilə. Hər kəsə xoş axşamlar diləyirəm" sözlərini işlədib.

Bu şok istefadan sonra "sarı-lacivərdli" rəhbərliyin yeni baş məşqçi axtarışlarına başladığı bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər