"Roma" De Rossi ilə bağlı qərarını verdi

"Roma" De Rossi ilə bağlı qərarını verdi

İtaliyanın "Roma" klubu baş məşqçi Daniele De Rossi ilə müqavilənin müddətini uzadıb. 

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi bu barədə qərarı rəsmi saytında açıqlayıb. 

Tərəflər 2027-ci ilin iyununa qədər yeni müqavilə imzalayıblar.

Mütəxəssis 2024-cü ilin yanvarından romalılara rəhbərlik edir. Onun rəhbərliyi altında “qurdlar” Avropa Liqasının yarımfinalına yüksəlib.

“Roma” ötən mövsüm A Seriyasını 6-cı yerdə başa vurub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər