"Rio-2016" bitdi: Azərbaycan neçənci oldu? - Yekun siyahı

"Rio-2016" bitdi: Azərbaycan neçənci oldu? - Yekun siyahı
Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunları başa çatıb. Fanat.Az xəbər verir ki, 4 illiyin ən böyük yarışında 17 gün ərzində 28 növdə qaliblər müəyyənləşib.
Ümumilikdə, idmançılara 975 medal verilib. Bunlardan 307-si qızıl, 307-si gümüş və 361-i bürünc medal olub.
 
975 medalı Olimpiya Oyunlarında iştirak edən 207 ölkədən 87-si qazanıb. 59 ölkənin idmançıları çempionluq sevinci yaşayıb. 
Rioya yollanan 56 Azərbaycan idmançısından 18-i vətənə medalla dönür. Taekvondoçu Radik İsayev qızıl, cüdoçular Rüstəm Orucovla Elmar Qasımov, güləşçilər Toğrul Əsgərov, Xexaq Qazyumovla, Mariya Stadnik, boksçu Lorenzo Sotomayor, kanoeçi Valentin Demyanenko gümüş, taekvondoçular Patimat Abakarova və Milad Beiqi Harçeqani, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov və kayakçı İnna Osipenko-Radomskaya bürünc medal qazanıb.
Ölkəmiz bu nəticə ilə medal sıralamasında 39-cu olub. Azərbaycan post-sovet məkanı ölkələri arasında Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və Gürcüstandan geri geri qalır.
Medal sayına görə isə ölkəmiz siyahıda 15-ci yeri tutur. Bu siyahıda ABŞ, Çin, Böyük Britaniya, Rusiya, Almaniya, Fransa, Yaponiya, Avstraliya, İtaliya, Kanada, Cənubi Koreya, Hollandiya, Braziliya və Yeni Zellandiyadan geridəyik.
Qızıl və ümumi medal sayına görə ABŞ millisi Yay Olimpiya Oyunlarının qalibi olub. Amerikalılar 46-sı qızıl, 37-si gümüş, 38-i bürünc olmaqla ümumilikdə 121 medala sahib çıxıb.
Böyük Britaniya 67 medalla ikincidi. Britaniyalılar 27 qızıl, 23 gümüş, 17 bürünc medala sahib çıxıb.
Çin isə 26 qızıl, 18 gümüş və 26 bürünc olmaqla 70 medala sahib çıxaraq ilk "üçlüy"ü qapayır.
Türkiyə millisi 41-ci pillədə qərarlaşıb. "Ay-ulduzlular" Türkiyədə 1 qızıl, 3 gümüş və 4 bürünc medala sahib çıxıb. Onları 4 medalla Ermənistan izləyir. Düşmən ölkə idmançıları 1 qızıl və 3 gümüş medal qazana bilib.

N

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

ABŞ

46

37

38

121

2

Böyük Britaniya

27

23

17

67

3

Çin

26

18

26

70

4

Rusiya

19

18

19

56

5

Almaniya

17

10

15

42

6

Yaponiya

12

8

21

41

7

Fransa

10

18

14

42

8

Cənubi Koreya

9

3

9

21

9

İtaliya

8

12

8

28

10

Avstraliya

8

11

10

29

11

Hollandiya

8

7

4

19

12

Macarıstan

8

3

4

15

13

Braziliya

7

6

6

19

14

İspaniya

7

4

6

17

15

Keniya

6

6

1

13

16

Yamayka

6

3

2

11

17

Xorvatiya

5

3

2

10

18

Kuba

5

2

4

11

19

Yeni Zelandiya

4

9

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər