"Rio-2016": Azərbaycanlı qız İran üçün tarix yazdı

"Rio-2016": Azərbaycanlı qız İran üçün tarix yazdı
Kimia Alizadeh Olimpiya medalı qazanan ilk iranlı xanım olub. Fanat.Az xəbər verir ki, əslən azərbaycanlı olan Kimia 57 kq çəkidə taekvando yarışlarında bürünc medalın sahibi olub.
Kimi bürünc uğrunda həlledici görüşdə İsveç təmsilçisi Nikita Glasnoviçi məğlub edə bilib. 
"İran qadınlarının adına çox sevinirəm və inanıram ki, növbəti Olimpiya oyunlarında qızıl belə qazanacağıq” - Alizadeh deyib.
Məlumat üçün bildirək ki, bu Alizadehin yeganə uğuru deyil. 2014-cü ildə Gənclərarası Olimpiya Çempionu olan Kimia, Gənclərarası Dünya Çempionatının və Dünya Grand Prisinin qızıl medalçısıdır. Həmçinin Dünya Çempionatında bürünc medal sahibi olub.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər