Rio-2016 Yay Olimpiya Oyunları davam edir. Fanat.Az xəbər verir ki, turnirin XV günündə Azərbaycan yığmasının 4 üzvü medallar uğrunda mübarizə aparacaq.
Sərbəst güləş yarışlarında çıxış edən Şərif Şərifov (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq), həmçinin taekvondoçu Radik İsayev (+80 kq) və bədii gimnastımız Marina Durunda günü mükafatla başa vura bilərlər.
Olimpiya Oyunları
XV gün
Sərbəst güləş
1/8 final
17.20 Şərif Şərifov (86 kq) – Şengfeng Bi (Çin)
17.45 Cəmaləddin Məhəmmədov (125 kq) - İvaylov Dlaqnev (ABŞ)
Taekvondo
1/8 final
19.45 Radik İsayev (+80 kq) - Ruslan Japarov (Qazaxıstan)
Bədii gimnastika
Çoxnövçülük
Final
22.20 Marina Durunda
Fanat.Az