"Rio-2016": Azərbaycan daha 2 medal qazandı

"Rio-2016": Azərbaycan daha 2 medal qazandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarında Azərbaycan atleti Yelena Çebanu və üzgüçüsü Dmitri Saleh ölkəmizin hesabına daha iki gümüş medal qazandırıblar. Fanat.Az xəbər verir ki, oyunların altıncı günü Yelena Çebanu uzunluğa tullanma yarışlarında 5.56 metr nəticə göstərərək ikinci yeri tutub.

 

Bu, onun Rioda qazandığı üçüncü medaldı. O, bundan əvvəl 100 m məsafəyə qaçışda gümüş, 200 m məsafəyə qaçışda isə bürünc medal qazanıb.

 

Yığmamızın üzgüçüsü Dmitri Saleh də finişə ikinci çatıb. O, 100 m məsafəni 1:08,80 saniyəyə qət edərək komandanın hesabına daha bir gümüş medal yazdırıb.  

 

Bununla da Azərbaycan Paralimpiya yığması Rioda qazandığı ümumi medalların sayı 8-ə çatıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər