"Rio-2016": Azərbaycan boksçusu yarımfinalda erməniyə qarşı

"Rio-2016": Azərbaycan boksçusu yarımfinalda erməniyə qarşı
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının daha bir üzvü rinqə çıxıb.
 
64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor 1/4 finalda Yasnier Toledo (Kuba) ilə üz-üzə gəlib.
 
Təmsilçimiz rəqibinə 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib. Sotomayorun növbəti mərhələdə rəqibi Almaniya təmsilçisi Artyom Harutunyan olacaq.
Qeyd edək ki, daha əvvəl 75 kq çəkidə döyüşən Kamran Şahsuvarlı da bürünc medalı təmin edib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər