"Ürəyim Azərbaycanla döyünür" - Renat Dadaşov

"Ürəyim Azərbaycanla döyünür" - Renat Dadaşov

“Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur. Azərbaycan mənim vətənimdir, valideyinlərim burada doğulub, ürəyim Azərbaycanla döyünür. Düşünürəm ki, düzgün qərar vermişəm".

Bu sözləri millimizin yeni üzvü Renat Dadaşov "CBC Sport"a açıqlamasında deyib.

 

“Ayntraxt”ın U-19 komandasının oyunçusu DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə matç barədə danışıb. O, bu görüşü səbrsizliklə gözlədiyini bildirib: Əgər öz oyunumuzu göstərsək, yaxşı nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəni isə zaman göstərəcək”.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunu martın 26-ı saat 20:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər