Topaz Premyer Liqasının XI turu çempionatın ən gənc komandaları “Rəvan”la “Sumqayıt” üçün də əlamətdar olub. Fanat.az xəbər verirk i, mövsümün autsayderləri 3-cü dəfə çıxış etdikləri Premyer Liqada yubiley matçlarına çıxıb. Hər iki komanda üçün arxada qalan turun matçı 75-ci olub.
Lakin nə “Rəvan”, nə də “Sumqayıt” yubiley oyununda qol vurmağa nail olub. Paytaxt təmsilçisi “Bakı” ilə qolsuz heç-heçə etməklə 1 xal qazana bilib. Sumqayıtlılar isə “Qəbələ”yə 0:2 hesabı ilə uduzub.
| Klub | O | Q | H/H | M | T/F | X |
| Rəvan (Bakı) | 75 | 23 | 19 | 33 | 90-111 | 88 |
| Sumqayıt | 75 | 16 | 16 | 43 | 63-121 | 64 |
Fanat.az