Premyer Liqanın XIV turunda "Rəvan" "Qəbələ"ni qəbul edəcək. Fanat.az xəbər verir ki, turun açılış matçında üz-üzə gələcək rəqiblər 6-cı dəfə qarşılaşacaq.
Əvvəlki 5 matçda 20 qol vuran komandaların duellərində “Qəbələ”nin üstünlüyü var. Bölgə təmsilçisi 3, bakılılar 2 qələbə qazanıb. Tərəflər indiyədək heç-heçə oynamayıb. Bakı təmsilçisi öz meydanında xala həsrətdi.
Maraqlıdı ki, "Rəvan"la "Qəbələ"nin 5 qarşılaşmasından 4-də qalib gələn tərəf 3 qol vurub.
Rəvan (Bakı) - Qəbələ (Qəbələ)
+2=0-3, top fərqi 7-13
| 30.09.2011 | Qəbələ - Rəvan (Bakı) | 2:3 |
| 03.03.2012 | Rəvan (Bakı) - Qəbələ | 0:4 |
| 24.09.2012 | Qəbələ - Rəvan (Bakı) | 1:3 |
| 25.11.2012 | Rəvan (Bakı) - Qəbələ | 1:3 |
| 20.09.2013 | Qəbələ - Rəvan (Bakı) | 3:0 |
Fanat.az