"Rəvan" - "İnter" oyununda dava düşdü - FOTO

"Rəvan" - "İnter" oyununda dava düşdü - FOTO
“Bayıl Arena”da keçirilən “Rəvan” - “İnter” matçının son dəqiqələri gərgin keçib. Fanat.az xəbər verir ki, Vaqif Cavadovun 90+3-cü dəqiqədə penalti zərbəsindən vurduğu qoldan sonra “İnter”in gürcü müdafiəçisi Laşa Salukvadze “Rəvan” məşqçilərinin qarşısında ədəbsiz jest edib.
Bu isə “Rəvan”ın məşqçisi Füzuli Məmmədovun kəskin etirazına səbəb olub. Məmmədov gürcünün təhqirinə dözməyərək, onunla eləcə də “İnter”in məşqçiləri ilə haqq hesab çürüdüb. 
Qeyd edək ki, “Rəvan” - “İnter” oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər