"Rəqibi analiz etmişdik və bilirdik ki..." - "Sumqayıt"ın məşqçisi

"Rəqibi analiz etmişdik və bilirdik ki..." - "Sumqayıt"ın məşqçisi

Bu gün Misli Premyer Liqasında XV turun oyunlarına yekun vurulub.

Fanat.Az xəbər verir ki, Yuri Vernidubun rəhbərliyi altında ilk oyununa çıxan "Neftçi" doğma meydanda "Sumqayıt"la sülhə razılaşıb.

Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların məşqçisi Şahin Abdullayevin oyunla bağlı fikirlərini jurnalistlərlə bölüşüb:

"Gözlədiyimiz kimi ağır oldu. Oyunun 60-65 dəqiqəsi rəqibin üstünlüyü ilə keçdi. İlk hissədə əsas problemlərimizdən biri top itkilərimizin çox olması oldu. Sonradan topa nəzarət etməyə çalışdıq. Rəqibi analiz etmişdik və bilirdik ki, 65-70-ci dəqiqədən sonra oyunlarında eniş olur. Ona görə bir neçə oyunçunu ehtiyatda saxlamışdıq. Etdiyimiz dəyişikliklər də uğurlu oldu, yekunda 1 xalı qazana bildik"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər